Türkiyə ordusu, tərəflərin razılaşdırdığı mexanizm və cədvələ uyğun olaraq, Mosul yaxınlığındakı Başika Zilkan hava bazasının mərhələli şəkildə İraq hökumətinə təhvil verəcək.
Teleqraf xəbər verir ki. bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraq Baş naziri Əli əl-Zeydi arasında Nyu-Yorkda keçirilən görüşdən sonra verilən birgə bəyanatda bildirilib.
Ərdoğanın ofisinin görüşdən sonra verdiyi birgə açıqlamada deyilir: "Görüşdə iki ölkə arasında strateji münasibətlərin bütün aspektləri müzakirə edildi və tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəldilər. Bu kontekstdə, Sincarda dövlət hakimiyyətinin tam şəkildə qurulması və qadağan olunmuş xarici silahlı qrupların orada mövcudluğuna son qoyulması barədə razılığa gəldilər. İraqın təhlükəsizlik məsələlərində irəliləyişinin bir hissəsi olaraq və razılaşdırılmış mexanizm və müddətə uyğun olaraq, Türkiyə qüvvələri Başıqa Zilkan düşərgəsini tədricən İraq federal hökumətinə təhvil verəcək".
Bundan əlavə, tərəflər ikitərəfli ticarət və investisiyaları genişləndirmək və "imzalanmış müqavilələrin icrasına təcili başlamaq" barədə razılığa gəliblər. Ərdoğan və əl-Zeydi birgə strateji layihələrin, əsasən "İnkişaf Yolu" layihəsinin həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəliblər. Bu, İraqın cənubundakı Bəsrədən Türkiyə ilə sərhədə qədər nəqliyyat yollarının çəkilməsini əhatə edir.
Başıka Zilkan, İraqın şimalında, Mosulun şimal-şərqində yerləşən Türkiyə hərbi bazasıdır. O, 2015-ci ildə İslam Dövləti (İŞİD) terror qruplaşması ilə mübarizə aparmaq üçün beynəlxalq səylərin bir hissəsi olaraq yaradılıb.