BAKI, 23 sentyabr. TELEQRAF
“İlk olaraq Azərbaycan millisini təbrik edirəm”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan yığması ilə yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub olan Tacikistan millisinin baş məşqçisi İqor Anqelovski matçdan sonra keçirilən mətbuat konfransında deyib.
“Çox çətin oldu. Rəqibin heyətində çox yaxşı oyunçuları var. Azərbaycana qarşı öncəki oyunlarda nəticələrimiz yaxşı olub. Bizim də qol imkanlarımız oldu, amma alınmadı”.