BAKI, 23 sentyabr. TELEQRAF

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında bu gün bir gəminin naməlum mərmi ilə vurulduğunu açıqlayıb.

Teleqraf xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində gəmidə yanğın baş verib.

Təxliyə edilən gəmi heyətinin iki üzvü xəsarət alıb.