BAKI, 17 dekabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatını qazanmaq şansı vardı, amma onun getdiyi yol bu hərbi əməliyyata gətirib çıxardı”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi 12 günlük müharibə zamanı ABŞ-nin Tehranın nüvə obyektlərinə hücumu barədə danışarkən deyib.
“Fikrimcə, ABŞ Prezidenti Nobel sülh mükafatını qazanmaq şansına malik idi, əgər düzgün yolda hərəkət etsəydi, amma təəssüf ki, onun bu mükafat üçün səylərinin nəticəsi İrana qarşı hərbi hücum oldu”, - o bildirib.
Əraqçi mümkün İran-ABŞ danışıqlarına da toxunub:
“Nyu-Yorkda keçirilən son danışıqlarda bu problemi həll etmək üçün yenidən diplomatik yol təklif etdim, amma təəssüf ki, müxtəlif maraqlı qruplar və lobbilərin təsiri və iddialı niyyətlər səbəbindən bu təklif qəbul olunmadı”.