Kipr Respublikasının (Cənubi Kipr) Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılaraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yayımlanan ortaq bəyanatda Bəsrə körfəzindəki üç ada ilə bağlı ifadələr səbəbindən nota verilib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb,
Bildirilib ki, Kiprlə BƏƏ-nin verdiyi ortaq bəyanatda “İranın ərazi bütövlüyünə yönəlmiş ifadələr səbəbindən” səfirə etiraz notası təqdim olunub.
Kiprin bəyanatda BƏƏ-nin Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərindəki suverenliyinə dair ifadəyə dəstək verməsi İran tərəfindən “müdaxilə və təxribat” kimi qiymətləndirilib.
Nazirlik iddia edib ki, sözügedən adalar “İranın ayrılmaz hissəsi”dir.
Xatırladaq ki, İran və BƏƏ uzun illərdir Hörmüz boğazına yaxınlığı və regiondakı neft potensialına görə strateji mövqedə olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində mübahisə edir. Adalar 1971-ci ilə qədər İngiltərənin nəzarətində olub. 1971-ci ilin noyabrında İngiltərə adaları BƏƏ-yə təhvil verərək geri çəkildikdən sonra İran əraziləri ələ keçirib. BƏƏ adalarda hərbi qüvvələrini yerləşdirən İranı işğalçı adlandırır.