BAKI, 19 dekabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian ölkədə hökm sürən su və iqtisadi böhranları “Allahın sınağı” adlandırıb.
Teleqraf xəbər verir ki, dövlət başçısı bunlarda hər kəsin günahının olduğunu bildirib.
“Allah bizi sınayır. O, bizi ayıltmaq istəyir ki, başa düşək və əvvəlki kimi işləməyi dayandıraq. Kimin günahının olduğunu demək istəmirəm, hamımızın bu vəziyyətdə müəyyən rolu var, indi bunu düzəltməliyik”, - Pezeşkian qeyd edib.