BAKI, 17 dekabr. TELEQRAF

İran xarici işlər naziri ABŞ-nin Tehranın nüvə obyektlərinə 12 günlük müharibə zamanı etdiyi hücumların uğurlu olduğunu etiraf edib.

Teleqraf xəbər verir ki, o, hücumlar nəticəsində nüvə obyektlərinə ciddi zərər dəydiyini də deyib.

“ABŞ nüvə obyektlərinə hücumda uğur qazanıb və obyektlərimiz zədələnib, ciddi zərər görmüşük. Hava hücumu nəticəsində bu obyektlərdə bir çox avadanlıqlarımız məhv olub”, - Əraqçi qeyd edib.

Həmçinin, xarici işlər naziri vurğulayıb ki, hücum nəticəsində İranın nüvə bilgisi itirilməyib, bərpa oluna bilər.