BAKI, 17 dekabr. TELEQRAF
“İranda hakimiyyətin dəyişməsi üçün Əli Xameneinin ölümünü gözləmək lazım deyil və dəyişikliklər onun sağlığında da baş verə bilər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-də yaşayan iranlı siyasətçi, keçmiş siyasi məhbus Mustafa Taczadə deyib.
“Əgər İsrail və ABŞ devirmə məqsədi güdürsə, bu fəlakətə gətirib çıxara bilər - istər uduzsunlar, istərsə də qalib gəlsinlər”, - siyasətçi qeyd edib.
Taczadə hesab edir ki, sanksiyalar və müharibə yolu ilə İranda hakimiyyət dəyişikliyinə nail olmaq çətindir:
“Bunlardan ən böyük zərəri vətəndaş cəmiyyəti və aşağı təbəqələr görür, eləcə də daxili repressiyalar üçün bəhanə yaradır.
Təcili yol rəhbərliyin yanaşmasını dəyişməsi, azad seçkilərin keçirilməsi və Konstitusiyaya yenidən baxılması, eləcə də vilayəti-fəqih anlayışının ləğv edilməsidir. Bu, böhrandan çıxışın ən təhlükəsiz və ən dinc yoludur”.