BAKI, 21 dekabr. TELEQRAF
Yaponiya 2026-cı ilin əvvəlində Ukraynaya müharibə fonunda yaranan büdcə kəsiri və maliyyə çatışmazlığının aradan qaldırılması üçün milyardlarla dollar həcmində maliyyə yardımını vaxtından əvvəl ayıracaq.
Teleqraf-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu çərçivədə G7 ölkələri tərəfindən nəzərdə tutulan təxminən 3 milyard ABŞ dolları məbləğində kreditlər sürətləndiriləcək, eyni zamanda əsasən qeyri-ölümcül və maliyyə xarakterli olmaqla təxminən 6 milyard ABŞ dolları həcmində əlavə dəstək göstəriləcək.