BAKI, 21 dekabr. TELEQRAF

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 298.000 insanın yaşadığı Aomori şəhərindən 115 km şərqdə, ocağı isə 55 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.