BAKI, 16 dekabr. TELEQRAF
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranda Rusiya baş nazirinin müavini Vitali Savelyev ilə danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, görüşün əsas mövzusu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi olub.
Laricani görüş zamanı qeyd edib ki, bütün mövcud inzibati maneələr ən qısa zamanda aradan qaldırılacaq və Şimal-Cənub dəhlizinin hüquqi və inzibati statusunun müəyyən edilməsi üçün lazımi razılaşmalar bağlanacaq.
İran Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Prezident Məsud Pezeşkian planlaşdırılan cədvələ uyğun olaraq heç bir gecikmənin olmamasını təmin etmək üçün layihənin həyata keçirilməsini şəxsən izləyir.