BAKI, 21 dekabr. TELEQRAF
ABŞ Venesuela sahillərində daha bir gəmini saxlamağa cəhd edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.
Əməliyyata ABŞ Sahil Mühafizəsinin rəhbərlik etdiyi bildirilsə də, gəminin yeri göstərilməyib.
Daha öncə ABŞ Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı gəmisinə zərbə endirib. Bu, Prezident Donald Trampın Venesuelaya gedən və gələn bütün sanksiyalı neft tankerlərinin hərtərəfli blokadasını elan etməsindən sonra baş verib. O, Venesuela hökumətini Vaşinqtonun aktivlərinin oğurlanması, terrorizm, narkotik qaçaqmalçılığı və insan alverinə görə "terror qurumu" elan edib .