BAKI, 21 dekabr. TELEQRAF
"Danışıqlarında ən çətin mövzular Ukrayna əraziləri, Zaporojye Atom Elektrik Stansiyası, ölkənin bərpasının maliyyələşdirilməsi, eləcə də təhlükəsizlik zəmanətləri və monitorinq formatı kimi texniki məsələlərdir".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna bu məsələlərlə bağlı öz baxışını artıq ABŞ-yə təqdim edib.
Bundan sonra Vaşinqton həmin mövzuları Rusiya ilə müzakirə edəcək və Kiyev qarşı tərəfdən cavab gözləyir.
Prezident həmçinin qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında yaxın vaxtlarda Floridada məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.