BAKI, 21 dekabr. TELEQRAF

ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsinin həyata keçirilməsində irəliləyişlər olduğunu bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.

Razılaşmaya əsasən, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri cümə günü Florida ştatının Mayami şəhərində Qəzza atəşkəs razılaşmasının birinci mərhələsinin həyata keçirilməsini qiymətləndirmək və ikinci mərhələyə keçidə hazırlıq məqsədilə danışıqlar aparıblar.

"Birinci mərhələ humanitar yardımın artırılması, girovların cəsədlərinin qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlə nəticələnib", - deyə bəyanatda bildirilib.