TƏRTƏR, 21 dekabr. TELEQRAF
Tərtərdə yaşlı qadın suvarma kanalında batıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Rayon sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalına düşərək boğulduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub, axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
11:02
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.