BAKI, 21 dekabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hərbi əməliyyatlar bitdikdən sonra Ukrayna 800 min nəfərlik ordusunu təkbaşına saxlaya bilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Novosti.Live" məlumat yayıb.
"Atəşkəs olduğu təqdirdə Ukrayna belə bir ordunu maliyyələşdirməyə qadirdirmi? Xeyr, buna qadir deyil, bunun üçün maliyyə resursları yoxdur", - deyə Zelenski bildirib.
O əlavə edib ki, bu səbəbdən respublikanın təhlükəsizlik zəmanəti olaraq tərəfdaşlarının dəstəyinə ehtiyacı olacaq: "Kiyevin bir neçə il ərzində belə bir köməyə ehtiyacı olacaq, bundan sonra ölkə öz ordusunu maliyyələşdirəcək".
Xatırladaq ki, Ukrayna ABŞ sülh planının ilkin versiyasında təklif olunduğu kimi, ordusunun sayının 600 min nəfərə endirilməsini rədd edib.