BAKI, 21 dekabr. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban Rusiya ilə bağlı Qərbin mövqeyini tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
O bildirib ki, tarix boyu Rusiya Napoleon və Adolf Hitler tərəfindən hücuma məruz qalsa da, bu cəhdlər nəticə verməyib:
“İndi isə, görünür, Kaja Kallasın (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti) buna nail olacağı iddia olunur”.