BAKI, 23 iyun. TELEQRAF
“İran ABŞ ilə danışıqları son dərəcə ehtiyatla davam etdirir və hadisələrin istənilən inkişafına hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəsi Əli Bəhreyni deyib.
“Ölkəmiz istənilən mümkün inkişafa və ya ssenariyə hazırdır. Danışıqları da bu çərçivədə aparırıq. Hər dəfə hücum etdikdə dərhal cavab veririk. Məhz belə davranmağa davam edəcəyik”, - o bildirib.
Bəhreyni İranın ABŞ-yə güvənmədiyini də söyləyib:
“Kiminlə danışıqlar apardığımızı bilirik. Danışıqları son dərəcə ehtiyatla aparırıq, çünki ABŞ-yə etibar etmək üçün heç bir səbəb yoxdur, etməmək üçün kifayət qədər səbəbimiz var”.