BAKI, 25 iyun. TELEQRAF

2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin ilk cütü müəyyənləşib.

Teleqraf xəbər verir ki, pley-off mərhələsində Kanada və Cənubi Afrika Respublikası milliləri üz-üzə gələcək.

Qarşılaşma iyunun 28-də ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçiriləcək.

Qeyd edək ki, Cənubi Afrika Respublikası millisi tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Komanda A qrupunu 4 xalla ikinci pillədə başa vurub. Kanada yığması isə B qrupunda eyni xalla ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb.