BAKI, 23 iyun. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Maskatda Oman Sultanı Heytəm bin Tariq əl Səidlə görüşüblər.
Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi öz "Telegram" kanalında bildirib.
Müzakirələrin əsas mövzusunu Hörmüz boğazında idarəetmə və təhlükəsizlik məsələləri təşkil edib.