BAKI, 25 iyun. TELEQRAF
Cənubi Afrika Respublikası millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Koreya Respublikasını 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Meksikada keçirilən qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Txapelo Maseko vurub.
A qrupunun digər oyununda Meksika millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, Meksika 9 xalla qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Cənubi Afrika Respublikası 4 xalla ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Koreya Respublikası 3 xalla üçüncü, Çexiya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Cənubi Afrika Respublikası millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsində çıxış edəcək.
***
06:24
DÇ-2026-nın A qrupunda III turun növbəti oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) oyunun 63-cü dəqiqəsində hesabı açıb.
***
05:51
DÇ-2026-nın A qrupunda III turun növbəti oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya oyunun ilk hissəsi 0-0 başa çatıb.
***
05:00
DÇ-2026-nın A qrupunda III turun növbəti oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya ilə qarşılaşır.
Matç Bakı vaxtı ilə 05:00-da start götürüb.