BAKI, 23 iyun. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi ABŞ və İsrailin hücumları zamanı Avropa İttifaqının (Aİ) nümayiş etdirdiyi yanaşmanı tənqid edib.

Teleqraf "Al Jazeera"ya istinadən xəbər verir ki, İ.Bəqayi Aİ-nin illərdir müdafiə etdiyi prinsiplərə sadiq qalmadığını bildirib:

"İrana qarşı aparılan iki müharibə zamanı onlar qeyri-adekvat və məsuliyyətsiz mövqe sərgiləyiblər. Dünya ictimaiyyəti isə bu yanaşmaya qarşı susqunluq nümayiş etdirir. Hesab edirəm ki, bu cür mövqe Avropa partiyalarının etibarlılığını və statusunu artırmayacaq".