BAKI, 24 iyun. TELEQRAF

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssisləri gec-tez İranın nüvə obyektlərində yoxlamalara başlayacaqlar. Bu, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunda öz əksini tapıb”.

Teleqraf xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi deyib.

“Memorandumda nüvə materiallarından istifadə olunan obyektlərdə fəaliyyətin AEBA-nın nəzarəti altında həyata keçiriləcəyi açıq şəkildə qeyd olunub. Bunun üçün yoxlamalar zəruridir və həyata keçiriləcək”, - o bildirib.

Qrossi qeyd edib ki, yoxlamaların nə vaxt başlayacağı hələ müəyyənləşdirilməyib.

“Bunun sabah, bir həftə və ya on gün sonra baş verəcəyi vacib məsələdir, amma həlledici əhəmiyyət daşımır”.