BAKI, 24 iyun. TELEQRAF

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin xahişinə baxmayaraq, onunla İsveçrədə görüşmədik”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Hücuma məruz qalmış obyektlərə və nüvə materiallarına çıxışın təmin olunması ilə bağlı heç bir plan yoxdur. Bu məsələ yalnız (ABŞ və İran arasında yekun razılaşma çərçivəsində və bütün sanksiyalar aradan qaldırıldıqdan sonra nəzərdən keçiriləcək”, - diplomat bildirib.

Rafael Qrossi bundan əvvəl bəyan etmişdi ki, AEBA mütəxəssisləri gec-tez İranın nüvə obyektlərində yoxlamalara başlayacaqlar, bu, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunda da öz əksini tapıb.