BAKI, 23 iyun. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın Fransada keçirilən G7 sammitinə girərkən dediyi “buranın ağası mənəm” sözü təsadüfi deyil”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Tramp bu ifadəni təsadüfən işlətmədi, bu, onun “əzələ nümayişi”ni göstərir. Bu, İkinci Dünya müharibəsindən sonra Avropanın üzərinə çökmüş və Qərbin bəzəkli təriflərinin gizlədə bilmədiyi təhlükəsizlik asılılığını və Transatlantik münasibətlərin əsl mahiyyətini ortaya qoyan ibrətamiz etirafdır. Bu söz “ortaq dəyərlər” pərdəsinin arxasındakı təhrif olunmuş reallığı, həqiqət aynasında gözlərimizin önünə sərilən güc nümayişini ifadə edir”, - MHP lideri bildirib.