BAKI, 23 iyun. TELEQRAF
“Hizbullah” terror təşkilatı bu ölkədə mövcud olduğu müddətcə İsrail hərbi qüvvələrini Livanın cənubundan çıxarmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
O bildirib ki, Benyamin Netanyahu hökuməti iqtidarda olduğu müddətcə bu mövqe dəyişməyəcək.
Smotriç vurğulayıb ki, “Hizbullah” ləğv edilməli, Livan hökumətində təmsil olunmamlı və İsraili təhdid etmək üçün heç bir hərbi imkana malik olmamalıdır. Nazir ancaq bu şərtlər yerinə yetirildikdən sonra yeni təhlükəsizlik tədbirlərinin müzakirə edilə biləcəyini qeyd edib.
Smotçik bildirib ki, o, təkcə “Hizbullah”ın tərksilah edilməsindən yox, bu terror təşkilatının tamamilə ləğvindən danışır.
İranla danışıqlar fonunda ABŞ-nin İsrail qüvvələrinin Livandan çıxarılması üçün Təl-Əvivə təzyiq göstərməsi ehtimalı ilə bağlı suala cavab olaraq nazir söyləyib: “Bu mövqedə qətiyyətliyik, bunu amerikalılara da açıq şəkildə bildirmişik”.
O əlavə edib ki, İsrail ordusu Livanın cənubunda əməliyyatlarını davam etdirir, “Hizbullah”ın bütün infrastrukturunu məhv edir:
“İsrail “Hizbullah”ın son 15-20 il ərzində inşa etdiyi yerüstü və yeraltı strateji infrastrukturunu məhv etməyə davam edəcək”.