BAKI, 25 iyun. TELEQRAF
Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə köç edən sakinlər arasında olan Səyyarə Xanəliyeva övladını doğma yurduna yola salarkən sevincini jurnalistlərlə bölüşüb.
Teleqraf xəbər verir ki, o bildirib ki, ailələri 1992-ci ildə Şuşadan məcburi köçkün düşüb.
"Bakıya gələndə ailədə altı nəfər idik - mən, həyat yoldaşım və dörd övladımız. Oğullarımdan birinin cəmi beş yaşı var idi. Bu gün o, artıq öz ailəsi ilə birlikdə doğma yurduna qayıdır. Çox sevinirik, qürur duyuruq. Sağ olsun dövlətimiz ki, bizə bu şəraiti yaradıb", - deyə o bildirib.
S.Xanəliyevanın sözlərinə görə, torpaqlarımız Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunub.
"Şükür Allaha ki, bu günləri görmək bizə nəsib oldu. Atam şəhid olub, biz şəhid ailəsiyik. Fəxr edirəm ki, övladlarımdan biri artıq azad edilmiş torpaqlara qayıdır. Bir daha Prezident İlham Əliyevə və Ordumuza təşəkkür edirəm", - deyə o əlavə edib.