BAKI, 25 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının qalibinə kuboku şəxsən təqdim etmək niyyətində olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri bildirib ki, Canni İnfantino dünya çempionatının təşkili istiqamətində böyük iş görüb.
"Mən hesab edirəm ki, Canni İnfantino fantastik iş görüb. Bəli, o, məndən kuboku qalib komandaya təqdim etməyimi xahiş etdi", - deyə Tramp vurğulayıb.