BAKI, 25 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın ehtimal olunan yeni baş naziri Endi Börnem ilə ilk görüşən dünya lideri olmaq niyyətində olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri Endi Börnem baş nazir olduqdan sonra onu ilk ziyarət edən xarici lider olmaq istəyib-istəmədiyi ilə bağlı suala qısa şəkildə "Xeyr" cavabını verib.

"Yəqin ki, fərqli baxışlarımız var. Eşitdiyimə görə, o, çox liberal mövqelərə malikdir", - deyə Tramp bildirib.

ABŞ Prezidenti çıxışı zamanı Böyük Britaniya hökumətinin enerji siyasətini də yenidən tənqid edib. O, Şimal dənizində neft və qaz hasilatının artırılmasından imtina edilməsini yanlış addım kimi qiymətləndirib.

Qeyd edək ki, Böyük Britaniyada Baş nazir Kir Starmer iyunun 22-də istefa verdiyini açıqlayıb. Onun mümkün varisi kimi Böyük Mançesterin sabiq meri Endi Börnem göstərilir. Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli seçkilərdən sonra dərinləşib. Seçkilərdə hakim Leyboristlər Partiyası ciddi itkilərlə üzləşib və partiyanın reytinqi hökumətin son qərarları fonunda aşağı düşüb.