BAKI, 25 iyun. TELEQRAF

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan keçmiş məcburi köçkün Zaur Xanəliyev doğma yurduna dönməyin sevincini jurnalistlərlə bölüşüb.

Teleqraf xəbər verir ki, o bildirib ki, ailəsi 1992-ci ildə Şuşanı tərk etməyə məcbur olub.

"1992-ci ildə Şuşanı məcburi tərk etdik. Dörd qardaş idik. Bu gün isə doğma vətənimizə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur", - deyə o bildirib.

Zaur Xanəliyev Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət, qazilərə isə cansağlığı arzulayıb.

"Şuşa sakiniyəm. Allah Prezidentimizi qorusun. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doğma vətənimə gedib orada işimi davam etdirmək istəyirəm. Qaynaqçıyam və peşəmi doğma torpağımda davam etdirəcəyəm", - deyə o əlavə edib.