BAKI, 25 iyun. TELEQRAF

Yaponiyanın Baş Meteorologiya İdarəsi ölkənin şimal-şərqində baş vermiş zəlzələnin maqnitudasını 6,9-dan 7,2-yə yüksəldib.

Teleqraf xəbər verir ki, seysmoloqlar yeraltı təkanların ocağının dərinliyi ilə bağlı məlumatı da yeniləyiblər. Son qiymətləndirməyə əsasən, zəlzələ ocağı 50 kilometr deyil, 44 kilometr dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib. Hadisə nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, eyni zamanda Venesuelada da 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bundan sonra ABŞ Milli Meteorologiya Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.