BAKI, 24 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Moskvanın İstanbul razılaşmaları əsasında Ukrayna ilə sülh danışıqlarına hazır olması barədə açıqlamasını “müsbət” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Çox müsbətdir”, - Ərdoğan jurnalistlərin müvafiq sualına cavabında deyib.

Rusiya Prezidenti iyunun 23-də hökumət üzvləri ilə görüşdə Moskvanın 2022-ci ildə İstanbulda əldə edilən razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu bəyan etmişdi.