BAKI, 24 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp amerikalı müfəttişlərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri ilə birlikdə hücuma məruz qalmış nüvə obyektlərində zənginləşdirilmiş uran axtarışı üçün İrana səfər edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri ilə danışan “Fox News”un jurnalisti Trey İnqst məlumat verib.
“Prezident Tramp İrana müfəttişlər göndərmək üçün tələsmədiyini desə də, “Fox News”a bildirib ki, ABŞ müfəttişləri yüksək zənginləşdirilmiş uran axtarmaq üçün İrana gedərkən AEBA-ya qoşulacaqlar”, - o söyləyib.
Rafael Qrossi bundan əvvəl bəyan etmişdi ki, AEBA mütəxəssisləri gec-tez İranın nüvə obyektlərində yoxlamalara başlayacaqlar, bu, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunda da öz əksini tapıb.