BAKI, 25 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Bosniya və Herseqovina komandası 82-ci dəqiqəsində hesabı 3:1 edib.
***
00:06
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Avropa ölkəsinin millisi fasiləyə 2:1 üstünlüyü ilə yollanıb.
***
23:43
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, oyunun 42-ci dəqiqəsində Qətərin millisinin oyunçusu Hassan al-Haydos hesab arasındakı fərqi azalda bilib. (2:1)
***
23:35
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ikinci qol vurulub.
Teleqraf xəbər verir ki, oyunun 34-cü dəqiqəsində Qətərin millisinin oyunçusu Sultan Əl-Brake topu öz qapısına göndərərək avropalıları sevindirib.
***
23:30
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, oyunun 29-cu dəqiqəsində Keim Alaybeqoviç avropalıları önə çıxarıb.
***
23:00
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyunu start götürüb.
Teleqraf xəbər verir ki, B qrupunun III turunun matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanı venesuelalı hakim Xesus Valensuela idarə edir.