BAKI, 23 iyun. TELEQRAF
Livan Prezidenti Cozef Aun və Fransa Prezidenti Emmanuel Makron ABŞ-İran danışıqları fonunda Livanın cənubundakı vəziyyəti və İsraillə atəşkəs elanından sonrakı mərhələni telefonla müzakirə edib.
Teleqraf xəbər verir ki, söhbətdə 2027-ci ilin əvvəlindən Livandakı missiyası başa çatacaq BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) gələcəyinə də toxunulub.
Bir sıra Avropa ölkələri UNIFIL-in çəkilməsindən sonra beynəlxalq əməliyyat zonasında qüvvə saxlamaq istəyini ifadə edib, Livan bu təklifi dəstəkləyir. Makron çəkilmədən əvvəl bu məsələ ilə bağlı bir sıra ölkələrlə məsləhətləşmələr aparacağını və beynəlxalq iştirak üçün zəruri çərçivə yaradacağını bildirib.