BAKI, 23 iyun. TELEQRAF
Hörmüz boğazı kommersiya gəmilərinin keçidi və beynəlxalq gəmiçilik üçün tamamilə açıqdır.
Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
"Hörmüz boğazı kommersiya məqsədləri üçün tamamilə açıqdır və bu keçid heç bir rüsum tətbiq olunmadan həyata keçirilir", - o qeyd edib.