BAKI, 23 iyun. TELEQRAF

İsrail ABŞ-dən silah asılılığına son qoymalıdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərlə görüşündə bildirib.

"ABŞ-dən aldığımız dəstəyə görə minnətdarıq, lakin bu asılılığa son qoyub öz müstəqil hərbi sənayemizi qurmalıyıq",- o qeyd edib.