![](https://teleqraf.az/storage/2025/02/12/715x378/001-20.11.2023-7.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu davam edir.
Bu barədə Teleqraf-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, vakansiyaya son müraciət tarixi 16 fevraldır.
Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub.
Peşə təhsili müəssisələrində direktor və direktor müavini olmaq istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunan minimum tələblər bunlardır:
Direktor vəzifəsi üçün: ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik şəxslər;
Tədris və təlim işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.
Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.
İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün: orta ixtisas təhsili, yaxud ali təhsil, inzibati-təsərrüfat işlərində təcrübəsi olan şəxslər.