BAKI, 14 iyul. TELEQRAF

Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.

“Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, - dövlət başçısı Qarabağın bərpasına verdiyini dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürümü bildirib.