BAKI, 13 iyul. TELEQRAF
Yaxın Şərqdə davam edən qarşıdurmanın genişlənməsi region və dünya üçün ciddi risklər yaradır.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşdiyi üçün qonşuluqda baş verən hərbi qarşıdurmalar ölkə üçün narahatlıq yaradır.
Prezident Pakistanın Baş naziri Şahbaz Şərifin və ordu komandanı Asim Münirin ABŞ ilə İran arasında gərginliyin azaldılması istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirib:
"Ümid edirəm ki, Yaxın Şərqdə hazırkı qarşıdurma uzunmüddətli olmayacaq və tezliklə sülh bərpa ediləcək", deyə İlham Əliyev vurğulayıb.