BAKI, 26 dekabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana səfər edə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

C. Bayramov qeyd edib ki, Azərbaycanın milli maraqlarını tələb edən hər hansı görüş və ya hadisə baş verdiyi halda, o, Ermənistana səfər edə bilər.