BAKI, 26 dekabr. TELEQRAF

Fiziki olaraq Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2026-cı ildə Bəhreyndə səfirliyin fəaliyyətə başlaması planlaşdırılır.

Ceyhun Bayramov vurğulayıb ki, başqa ölkələrlə bağlı da bu istiqamətdə planlar var.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.