BAKI, 26 dekabr. TELEQRAF

"Dəqiq və vaxtında informasiya dezinformasiyaların qarşısını alır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, Xarici İşlər Nazirliyi dezinformasiyalara qarşı mübarizədə detallı, operativ, açıq və aydın məlumatın təqdim olunmasını vacib hesab edir.

“Düzgün məlumat vaxtında verilməlidir ki, dezinformasiyaların yayılmasının qarşısı alınsın. 2025-ci ildə bu məqsədlə 500-ə yaxın izahlı açıqlama təqdim olunub”,- nazir vurğulayıb.