BAKI, 26 dekabr. TELEQRAF

"Ermənistan tərəfi ilə delimitasiya prosesi çərçivəsində bütün anklav və eksklavlar məsələsi öz həllini tapacaq".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədlərinin ümumilikdə 13 km-ə yaxın ərazisi delimitasiya olunub.

“Bu il bu istiqamətdə müsbət addımlar atılıb və gələn il də prosesin davam etdiriləcəyinə inanırıq. Bu, hazırda aparılan əsas məsələlərdən biridir. Əsas olan budur ki, ümumi yanaşma barədə razılıq əldə olunub, yəni mən prosesin şimaldan cənuba doğru həyata keçirilməsini nəzərə tuturam. Biz bilirik ki, delimitasiya prosesi hissə-hissə həyata keçiriləcək. Eləcə də anklav, eksklav məsələləri də öz həllini tapacaq, bunlar diqqət mərkəzindədir", - o qeyd edib.