BAKI, 26 dekabr. TELEQRAF

"Bakıda məhkəmə qarşısında cavab verən David Babayan uzun illər dırnaqarası təsisatın "xarici işlər naziri" vəzifəsini daşıyıb. Bu adama Qərb paytaxtların rahatlıqla səyahət etməsi üçün 10 illik viza verilmişdi".

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Qərb ölkələrindən viza almaq üçün müraciət edən rəsmi nümayəndələrə vizanın hansı müddətə verildiyi, hansı sənədlərin tələb olunduğu məlumdur. Adı, fəaliyyəti bəlli olan, heç kim tərəfindən tanınmamış təsisatın rəhbərinə 10 il müddətinə viza verilmişdi. İkili standartlar barədə saatlarla danışa bilərik. Başqa dövlətlərə dərs demək istəyən ölkələr özlərinə nəzər salmalıdır".

O vurğulayıb ki, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır, bu, Azərbaycanın dövlət siyasətinə ziddir:

“Ancaq məsələ bizə aid olduqda və illik standartlar tətbiq ediləndə, biz buna açıq şəkildə işarə edir, göstəririk”.