BAKI, 26 dekabr. TELEQRAF
"Rus Evi" Azərbaycanda rəsmi qeydiyyatı olmadan fəaliyyət göstərib".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Qanunvericiliyə əsasən, hər bir təsisatı ölkədə yalnız Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərə bilər. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. "Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsasən, yarımçıq və həll olunmayan məsələ qalmayıb, ləğvolunma prosesi başa çatıb",- o qeyd edib.