BAKI, 26 dekabr. TELEQRAF

"Mərkəzi Asiya dövlətləri ilə təmaslar intensiv xarakter alıb".

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən il Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında diplomatik münasibətlər daha da genişlənib:

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 səfəri baş tutub. Qarşılıqlı olaraq Mərkəzi Asiya ölkələri rəhbərlərinin Azərbaycana səfərləri olub”.