BAKI, 26 dekabr. TELEQRAF
"Əvvəlki illərdə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə də ölkəmizin xarici siyasəti çoxşaxəli olub".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Bu, Vətən müharibəsindən sonra regionda yeni sülh dövrünün başlanması ilə əlaqədardır. Azərbaycan həm beynəlxalq tərəfdaşlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərin inkişafına xüsusi önəm verir. Türkiyə ilə mövcud olan nizami müttəfiqlik və əməkdaşlıq münasibətləri bunun bariz nümunəsidir.
Son 1 il ərzində AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşanıb. Buna baxmayaraq ölkələrimiz arasında dialoq və qarşılıqlı təmaslar davam edib. Oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iki dövlətin prezidenti arasında keçirilmiş görüş, Rusiya tərəfindən verilən açıqlamalar, təyyarənin məhz Rusiya Silahlı Qüvvələrinin səhvi nəticəsində vurulmasının etiraf edilməsi və üzrxahlıq edilməsi münasibətlərin normallaşması istiqamətində əhmiyyətli addım olub", - o qeyd edib