BAKI, 20 iyun. TELEQRAF
Pakistan Azərbaycana İrandakı vətəndaşlarının təxliyəsi üçün təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İşaq Dar bildirib.
Onun sözlərinə görə, Pakistan İrandan Azərbaycana gələn yaşlılar, qadınlar və uşaqlar da daxil olmaqla Pakistan vətəndaşlarını qəbul etdiyinə görə Azərbaycan rəhbərliyinə və hökumətinə dərin təşəkkürünü bildirib.
"Xarici işlər naziri Ceyhun Bayramov və onun rəhbərlik etdiyi Nazirliyə göstərdikləri sürətli dəstəyə görə ayrıca minnətdarlıq ifadə edirəm. Həmçinin, Astara sərhəd-keçid məntəqəsində çalışan Azərbaycan hökumətinin bütün əməkdaşlarına da təşəkkür edirəm",- o qeyd edib.
Heartfelt thanks to the Leadership and Government of Azerbaijan for welcoming Pakistani nationals, including the elderly, women, and children, coming from Iran.
— Ishaq Dar (@MIshaqDar50) June 20, 2025
I would also like to express sincere gratitude to my brother Foreign Minister @Bayramov_Jeyhun and his Foreign Office…