BAKI, 3 may. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
Eyni zamanda, Pezeşkian İranın Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaydakı yeni səfirlərini qəbul edib.
Prezident səfirlərlə görüşdə bildirib ki, müxtəlif ölkələrlə əməkdaşlığın genişləndirilməsi İranı gücləndirir.